Ermənistan ordusu üçün hazırlanan yeni formada NATO standartları nəzərə alınacaq.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti  məlumat yayıb. 

“Yeni geyim formasını seçərkən NATO meyarlarına, habelə beynəlxalq təcrübənin öyrənilməsinin nəticələrinə müraciət edirik. Bu prosesdə xüsusilə ABŞ, Fransa, Yunanıstan və Çexiya ordularının hərbi geyim nümunələri tədqiq edilib", -  məlumatda deyilir.