Müstəqil Dövlətlər Birliyinin (MDB) sərhədlərində artan gərginlik fonunda Rusiya MDB-yə sədrlik edən ölkə kimi İttifaqın bütün sahələrdə təhlükəsizliyinin təmin edilməsinə diqqət yetirəcək. 

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB üzvü olan ölkələrin Daimi Səlahiyyətli Nümayəndələri Şurasına ünvanladığı videomüraciətdə deyib.

"Qlobal qeyri-sabitlik və MDB-nin xarici sərhədləri ətrafında artan gərginlik fonunda təbii ki, təhlükəsizlik məsələləri gündəmdə olacaq", - Lavrov bildirib.

Ağarza Elçinoğlu