Soçidə KVN festivalında baş verən dava zamanı 31 yaşlı erməni aktyor Amiran Gevorqyan öldürülüb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, aktyoru Dağıstan əsilli Artur Rəsulov öldürüb. 

Artur Rəsulov axtarışa verilib. Onu 15 ilə qədər həbs cəzası gözləyir. 

Qeyd edək ki, yanvarın 18-də törədilən qətlin təfərrüatı bu gün məlum olub. 

Ağarza Elçinoğlu