Qırğızıstan və Çin sərhədində 4,5 və 4,8 bal gücündə daha iki zəlzələ baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmik stansiyalar şəbəkəsi məlumat yayıb.

Məlumata görə, ilk zəlzələ paytaxt Almatıda 2 bal gücündə hiss edilib. İkinci zəlzələnin episentri Almatıdan 269 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ şəhərdə hiss olunmayıb.

Xatırladaq ki, yanvarın 23-nə keçən gecə Çin və Qırğızıstan sərhədində 7,0 bal və 6,7 bal gücündə zəlzələlər olub. 

Zəlzələ nəticəsində bir neçə şəhər sakini xəsarət alıb.

Ağarza Elçinoğlu