"Azərbaycan 1974-1990-cı illərin xəritələrindən istifadə olunmasını təklif edib". 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan açıqlayıb. 

Onun sözlərinə görə, müəyyən araşdırmalardan sonra Ermənistan tərəfi həmin xəritələrin tətbiq oluna biləcəyini istisna etməyib. 

Mirzoyan qeyd edib ki, 2023-cü ilə qədər Ermənistanın baş naziri ilə Azərbaycan prezidenti arasında 5 görüş olub ki, onlardan 4-ü üçtərəfli, biri beştərəfli görüş olub. Nazirin sözlərinə görə, sülh sazişində ayrı-ayrı ifadələr üzərində razılığa gəlmək mümkün olub. 

Ağarza Elçinoğlu