Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri martın 15-dən 17-dək keçiriləcək Rusiya prezident seçkilərindən əvvəl baş tuta bilər. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası başçısının mətbuat katibi Dmitri Peskov açıqlayıb. 

"Bəli, biz hesab edirik ki, Türkiyə səfəri hətta seçkilərdən əvvəl də baş verə bilər. Şimali Koreyaya səfər daha perspektivli plandır, lakin biz güman edirik ki, qrafiklər razılaşdırıldıqda prezident bu təklifdən yararlanacaq", - Kreml nümayəndəsi bildirib.

O, qeyd edib ki, hazırda tərəflər Putinin səfəri üçün hazırlıq işləri görür. 

Ağarza Elçinoğlu