Ermənistan Respublikası heç bir dəhlizin yaradılması ilə bağlı öhdəlik götürməyib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransı zamanı bildirib.
"Bizim yanaşmamız təkrar-təkrar belədir ki, Ermənistan buna nəinki hazırdır, həm də regionun iqtisadi və nəqliyyat infrastrukturlarının blokdan çıxarılmasına nail olmaqda maraqlıdır. Üstəlik, söhbət eyni Azərbaycan-Naxçıvan əlaqəsindən yox, ümumilikdə regionun infrastrukturlarının blokdan çıxarılmasından gedir ki, Ermənistan da bundan yararlanmalıdır.
Ölkələrin suverenliyinə və yurisdiksiyasına tam hörmət edilməklə infrastrukturlar blokdan çıxarılmalıdır. Biz mövqeyimizi qorumaqda davam edirik", - deyə XİN rəhbəri açıqlayıb.
Ağarza Elçinoğlu