UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə fevralın 7-nə təyin edilmiş Prezident seçkiləri ilə əlaqədar fləşmob keçirilib.
 
"Unikal"
xəbər verir ki, tələbələr fləşmobda bir araya gələrək, Prezident İlham Əliyevin portretini və “Qalib Xalqın Qalib Lideri!” şüarını yaradıblar. Tələbələr fləşmobla Prezident İlham Əliyevə dəstəklərini nümayiş etdiriblər.