"2022-ci ilin avqustunda Rusiya bildirdi ki, Dağlıq Qarabağın statusu qeyri-müəyyən müddətə təxirə salınır. Avqustun sonunda Ermənistan bu təkliflərlə razılaşdı, lakin Azərbaycan razılaşmadığını bildirdi və artıq 2022-ci ilin sentyabrında hərbi qarşıdurma baş verdi". 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

"Bundan sonra, 2022-ci ilin oktyabrında Ermənistan və Azərbaycan Praqada dördtərəfli bəyannamə imzalayıblar və ona əsasən, sərhədlərin demarkasiyası Alma-Ata bəyannaməsi əsasında aparılmalı olduğunu qəbul ediblər", - deyə XİN rəhbəri qeyd edib. 

Nazir Rusiya tərəfini hadisələrin xronologiyasını düzgün izah etməyə, eləcə də səbəb-nəticə əlaqəsini təqdim etməyə və Ermənistanı günahı olmayan bir şeydə ittiham etməməyə çağırıb.

Mirzoyan həmçinin bildirib ki, Ermənistan-Azərbaycan danışıqları ilə bağlı Rusiyanın yeni təklifləri barədə heç nə bilmir.

Ağarza Elçinoğlu