İsveç xarici işlər naziri Billström, Macarıstan lideri Orbanın müzakirə təklifinə "Hazırda danışıqlar aparmaq üçün heç bir səbəb görmürəm. Təbii ki, ümid etdiyimiz, Macarıstanın üzvlüyə ən qısa zamanda razılıq verməsidir" deyə cavab verib. 

"Unikal" xəbər verir ki, İsveç Macarıstanın baş naziri Viktor Orbanın NATO-ya üzvlüklə bağlı danışıqlar tələbini rədd edib.

İddiaya görə, Orbanın İsveçin baş naziri Ulf Kristersson-a göndərdiyi məktubda onu NATO-ya üzvlüyü müzakirə etməyə dəvət edərək, İsveç və Macarıstan arasında güclü qarşılıqlı etimadın olması lazım olduğunu vurğulayıb.

İsveç mətbuatının yazdığına görə, Kristersson ikitərəfli əlaqələr, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq və Macarıstanın bu ilin ikinci yarısında üzərinə götürəcəyi Avropa İttifaqına (Aİ) sədrliyi də daxil olmaqla, ortaq maraq doğuran müxtəlif məsələləri müzakirə etmək üçün Orban tərəfindən Macarıstana dəvət edilib.

Sözügedən məktubla Orbanın X sosial media hesabındakı paylaşımı arasında ton fərqinə diqqət çəkən Billström, “Bilməlisiniz ki, məktubda yazılanlar bir şeydir və paylaşılanlar bir şeydir"- qiymətləndirməsini edib.

İsveçin NATO-ya üzvlüyünün 2023-cü ilin payızında Macarıstan parlamentində müzakirə olunacağı gözlənilirdi, lakin bəzi isveçli deputatların Budapeşt administrasiyası ilə bağlı açıqlamaları tərəflər arasında gərginliyə səbəb olduğundan proses uzanıb.

İsveçin NATO-ya üzv olması üçün Macarıstan parlamentindən icazə alınmalıdır.

İsveçin NATO-ya üzvlüyü parlament tərəfindən təsdiqlənib.