Şimali Koreya Sarı dəniz istiqamətində bir neçə qanadlı raket buraxıb.

"Unikal" xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Birləşmiş Komitəsi məlumat yayıb.

Məlumatda Cənubi Koreya hərbçilərin monitorinqi aktivləşdirdiyi və ayıqlığı gücləndirdiyi, ABŞ ilə sıx əməkdaşlıqda tam hazırlıq vəziyyətini qoruyub saxladıqları deyilir.