Çinin cənub-qərbindəki Yunnan vilayətində baş vermiş torpaq sürüşməsi nəticəsində dağıntı və axın altında qalanlardan 31-nin meyiti tapılıb.

"Unikal" xəbər verir ki, bu barədə təbii fəlakətlə əlaqədar yaradılmış qərargah məlumat yayıb.

Axtarış işləri qarlı və şaxtalı hava şəraitində çətinliklə davam edir.

Qeyd edək ki, təbii fəlakət yanvarın 22-də Caotan şəhərinin Lianşuy kəndində baş verib. Torpaq sürüşməsi nəticəsində 18 fərdi ev axın altında qalıb.