Ağdaşda yol qəzasında ağır xəsarət alan yaralılardan biri də xəstəxanada dünyasını dəyişib. 

"Unikal"ın məlumatına görə, həkimlərin müdaxilələrinə baxmayaraq qəza iştirakçılarından biri olan 1994-cü il təvəllüdlü Qasımov Münasib Mütalib oğlu həyatını itirib. 

O, reanimasiya şöbəsində dünyasını dəyişib.

Qeyd edək  ki, ölümlə nəticələnən ağır yol qəzası iki minik avtomobilinin iştirakı bir gün öncə Ağdaş şəhərinin mərkəzi küçələrindən birində baş vermişdi.

Ehtiram Muradov