Bakıda mağazadan 4500 manatlıq telefon oğurlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki mağazaların birindən 4500 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini Tofiq Cəfərov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.