İş adamı Şahmar Vəliyevə qarşı 580 min dollar dələduzluq edən şəxsin Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə apellyasiya məhkəməsi keçiriləcək.
"Unikal"ın məlumatına görə, məhkəmənin ilkin baxış iclası fevral ayının 5-də keçiriləcək. Əliyev Cəfər Təvəkkül oğlu Şahmar Vəliyevdən əlavə 4 nəfərə qarşı da dələduzluq edib. İş üzrə dəymiş ziyan ümumilikdə 1 milyon 700 min manatdan artıqdır.
Qeyd edək ki, 580 min dolların 30 min dollarını Şahmar Vəliyev Cəfər Əliyevə şəxsən özü, qalanlarını isə sürücüsü Fərrux Əsgərov verib. Pullar isə şərikli olaraq İrandan polietilen borular gətirib satmaq üçün verilib. Cəfər Əliyev barəsində Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) cinayət işi başlanıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa C.Əliyev Sadıq Yusifova qarşı da 145 min manatlıq dələduzluq edib və həmin cinayət işi üzrədə ötən ilin dekabr ayında da 6 il müddətinə azadlıqdan məhrum edilib.
Seymur Əli