Belqorod vilayətində İl-76 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğramasının səbəbləri aydınlaşdırılır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Bu, tamamilə yeni, təzə məlumatdır, indi bununla məşğul olacağıq", - o, jurnalistlərin sualını cavablandırıb.
Bundan əvvəl Ukrayna KİV-i Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın İl-76 təyyarəsini vurması barədə məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin göyərtəsində 65 Ukrayna Silahlı Qüvvələrinin əsirinin olduğunu və onların dəyişdirilmək üçün təhvil verildiyini açıqlayıb.
Gülayə Mecid