Məşhur aktyor Burak Sergen 2021-ci ilin iyununda ailə qurduğu Nihan Ünsaldan boşanıb.
"Unikal" xəbər verir ki, aktyor həyat yoldaşı tərəfindən xəyanətə uğradığı üçün bu addımı atıb.
Nihan Ünsal isə bu iddiaları rədd edib.
Məhkəmə cütlüyün boşanmasına qərar verib.
Qeyd edək ki, Burak Sergen Nihan Ünsaldan 25 yaş böyükdür. O, keçmiş həyat yoldaşı İşıl Sergendən 2018-ci ildə boşanıb. Həmin evlilikdən onun bir oğlu var.
Aktyor İşıl Sergendən əvvəl müğənni Pamela Spenslə qısamüddətli evlilik həyatı yaşayıb.