Müğənni Rihanna və sevgilisi, reper A$AP Rokki Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb.
Rihanna və A$AP Rocky-nin Fransa prezidenti Emmanuel Makronla görüşməsinin səbəbi açıqlanmayıb. Bundan əvvəl müğənni 2017-ci ilin iyulunda siyasətçi ilə görüşərək təhsil məsələlərini müzakirə etmişdi.