"Bir obrazı oynayanda o qədər onun içinə girirəm ki, ruhu mənə təsir edir. Araşdırıram, oxuyuram, içərisinə girirəm. Real həyatda da yaratdığım mübariz xanım obrazındayam".
"Unikal" xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Min maska" verilişində deyib.
"İncəsənət aləmində ən çətini teatrdır. 2 saat başqasının həyatını tamaşaçıya çatdırmalısan. Məni Lütfü Məmmədbəyov səhnəyə gətirib".
Aktrisa aparıcının "Məleykə Əsədova öz həyatını hansı janrda oynayır? Hansı qəhrəmanla eynisiniz" sualına belə cavab verib:
"1989-cu ildən səhnədəym, eyni əqidəni daşımışam. Xarakterimdir, düz danışdığım üçün çox şeyi itirə bilərəm. Bir əqidədə, bir vicdandayam, Allaha çox bağlıyam. Məleykə incə, zərif olmağına baxmayaraq, çiynində ağır yük daşıyan biridir. Natavan kimi".