ATV-də yayımlanan “Bizimləsən” proqramının yayımı yarımçıq dayandırılıb.
"Unikal" xəbər verir ki, telekanalın mətbuat xidmətinin rəhbəri Ozal İbrahimlinin məlumatına görə, verilişin son saatında aparıcı Zaur Baxşəliyev özünü pis hiss edib və proqramın son 1 saatlıq hissəsinə çıxmamağı və istirahət etməsi tövsiyə olunub.
"Yayımın dayandırılması ilə bağlı başqa heç bir səbəb yoxdur. Sabahdan etibarən işinin başında olacaq", - deyə mətbuat xidmətindən qeyd olunub.