Türkiyənin məşhur aktyoru Hikmet Taşdemir vəfat edib.

"Unikal" xəbər verir ki, aktyor 81 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, H.Taşdemir "Korkusuz Korkak"da "Kerim", "Umudumuz Şaban"da "Mardinli Arif", "Tatar Ramazan"da "Cıbıl Halil", "Umutsuzlar"da "Parmaksız" ləqəbli qatil kimi obrazlarla izləyicilərin qarşısına çıxıb. O, son olaraq "Arka sokaklar" serialında rol alıb.