Flavonoid istehlakının yaşla əlaqədar zehni geriləməni azaltdığı ortaya çıxıb.

"Unikal" xəbər verir ki, bunu ABŞ-da alimlər tərəfindən aparılan bir araşdırma müəyyən edib.

Araşdırma nəticəsində məlum olub ki, kakao və buna bənzər qidaların tərkibindəki flavonoidlər antioksidant komponentlərin beyində yaddaş funksiyalarını yaxşılaşdırır və yaşa bağlı zehni geriləməni azaldır. Kolumbiya Universitetində aparılan araşdırmada flavonoid istehlakı ilə yaddaş arasındakı əlaqəyə diqqət yetirilib. Tədqiqatda 3500 subyektə üç il ərzində gündə 500 milliqram flavonoid həb və ya plasebo verilib.

Tədqiqat nəticəsində bitki və meyvələrə rəng verən flavonoid (flavan-3-ol) komponentinin qida əlavəsi olaraq gündə 500 milliqram qəbul edilən subyektlərin söz ehtiyatını və düşüncə sürətini artırdığı müşahidə olunub. Kakaonun tərkibində olan flavonoid maddəsi yaş ilə əlaqədar olaraq problemləri yavaşladır və yaddaş qabiliyyətini artırır. Araşdırmada qida əlavəsinin hazırda flavonoid çatışmazlığından əziyyət çəkən subyektlərin yaddaş funksiyalarını yaxşılaşdırdığı aşkar edilsə də, sözügedən zehni gərginliyin Alzheimer xəstəliyi ilə qarışdırılmaması lazım olduğu və araşdırmanın yaşla əlaqədar geriləmə üzərində dayandığı ifadə olunub. Flavonoidlərin yaşıl çay, yaşıl yarpaqlı tərəvəzlər, qarağat, soğan, alma, albalı, şaftalı, limon, üzüm və sitrus meyvələri də daxil olmaqla, bir çox meyvə və tərəvəzdə olduğu bilinir. Araşdırmanın müəlliflərindən biri olan professor Adam M.Brickman diqqətə çatdırıb ki, vücudlarında aşağı flavonoid səviyyəsi olan iştirakçılarda qeydə alınan zehni inkişaf müşahidə edilsə də, flavonoidlə zəngin yemək vərdişlərinin yaşlı insanlarda idrak funksiyalarını yaxşılaşdırdığı müşahidə edilib. Digər müəllif Scott A.Small, ömrün uzunluğunun artdığı bu əsrdə qocalan beyinləri qorumağın yolunun fərqli qidalardan keçdiyinə diqqət çəkərək, bu tədqiqatın başqa yeni araşdırmalar üçün nümunə ola biləcəyini vurğulayıb.