Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Abdullayev Amil Hümbət oğlu vəfat edib.
"Unikal"ın əldə etdiyi məlumata görə, əslən Balakən rayonundan olan Amil Abdullayev Vətən müharibəsində iştirak edib. O, Füzulinin, Xocavəndin və Qubadlının azad edilməsinə görə, həmçinin "Vətən uğrunda" medalları ilə təltif edilib. Bundan sonra ona mayor hərbi rütbəsi verilib.
İlkin istintaqla, ordumuzun mayoru Amil Abdullayevin kapitan Nizami Abdullayev tərəfindən aralarında yaranmış mübahisə zəmnində kürək nahiyəsindən bıçaqlanaraq öldürülməsinə dair əsaslı şübhələr müəyyən olunduğundan, o, şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb edilib.
Ağarza Elçinoğlu