Ağsu rayonunda iki nəfər dəm qazından zəhərlənib.

"Unikal" xəbər verir ki, rayonun Ləngəbiz kəndinin sakinləri - 1962-ci il təvəllüdlü İbrahimova Bəhanə Əlhəsən qızı və 1956-cı il təvəllüdlü İbrahimov Alim Məmməd oğlu zəhərlənmə əlamətlərilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

Müayinə zamanı onların yaşadıqları ünvanda vanna otağında dəm qazından zəhərləndiyi məlum olub. Hər iki şəxsə xəstəxanada lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin yaxşı olduğu bildirilir.

Seymur Əli