Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Saşa Boenin Almaniya çempionu "Bavariya"ya keçidi rəsmiləşib.
"Unikal" xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Münhen klubu 23 yaşlı cinah müdafiəçisi üçün 30 milyon avro ödəyib. "Sarı-qırmızılar" bu keçidə görə əlavə 5 milyon avro da əldə edə bilər. Onun "Bavariya" ilə müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, fransalı oyunçu 2021-ci ildən "Qalatasaray"da çıxış edib.