Metropolitenin polis əməkdaşları tərəfindən 9 yaşlı kimsəsiz uşaq aşkarlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib.
"9 yaşı var dediyinə görə. Evinə dönməmək üçün polis əməkdaşına yalvarıb. Bu uşaq dəhşətlər yaşayıb. Təhsildən yayındırılıb. Bədənində iltihablı yaralar var. Hər gün 70 manatdan çox pul qazanıb. O puldan yemək xərci üçün özünə götürəndə anası döyüb, bu azmış kimi hər dəfə atasına da döydürüb", - deyə Birliyin sədri qeyd edib.