Erməni əsilli seçicilər də səsvermədə Azərbaycan vətəndaşı kimi iştirak edə bilərlər.
"Unikal" xəbər verir k, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
"Qadınlar da, kişilər də, xaricdə yaşayanlar da, ölkədəki vətəndaşlar da eyni hüquqa malikdir. Azərbaycan vətəndaşı olan bütün milli azlıqlar eyni hüquqlara sahibdir. Onların heç birinin üstünlüyü yoxdur", - deyə MSK sədri bildirib.