Seçkilərin vaxtı dəyişdi
21:23 02-05-2013
İQTİSADİYYAT
Seçkilərin vaxtı dəyişdi
Amma bu siyasi proseslərə mənfi təsir göstərməyəcək
Prezident seçkiləri yaxınlaşdıqca siyasi qüvvələrin aktivliyidə müşahidə olunmaqdadır. İstər müxalifət, istərsədə hakimiyyət düşərgəsində bir təşkilatlanma başlayıb və ekspertlər hesab edir ki, bu seçkilər kifayət qədər gərgin keçəcək. Amma bu günlərdə məlum oldu ki, seçkilərin vaxtı dəyişəcək.
Belə ki, bu tarix həm oktyabrın 15-dən əvvəlki bir neçə günə, həm də oktyabrın 16-dan sonrakı yaxın tarixə təsadüf edə bilər Azərbaycanda səsvermə günü bayram gününə düşərsə, səsvermə gününün vaxtı dəyişəcək.Bu barədə məsələ Milli Məclisin iclasında Seçki Məcəlləsinə edilən dəyişikliklərdə öz əksini tapıb.Dəyişikliyə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Səsvermə Əmək Məcəlləsinə görə, iş günü hesab edilməyən bayram gününə düşərsə, səsvermə Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir.Layihəni təqdim edən Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu dəyişiklik vətəndaşların istirahət hüququnun tənzimlənməsinə xidmət edir.Həmçinin Məcəlləyə əlavə edilən yeni 211.5 maddəsində deyilir ki, "Məcəllənin 211.4 maddəsinin tələbləri nəzərə alınmaqla keçirilən seçkilərdə seçilmiş bələdiyyələrin səlahiyyət müddəti ölkə üzrə yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır". Məcəllənin 243-cü maddəsinə edilən dəyişiklikdə isə bələdiyyələrə təkrar seçkilərin keçirilməsi üçün şərtlər açıqlanıb. Dəyişiklikdə göstərilir ki, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanunla bələdiyyə ərazilərinin dəyişdirilməsi nəticəsində müvafiq bələdiyyələrin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların sayı 25 faizdən artıq azaldıqda və ya çoxaldıqda təkrar seçkilər keçirilir.Qeyd edək ki, bu il Azərbaycanda keçiriləcək prezident seçkiləri Qurban Bayramı ilə eyni günə düşür. Nazirlər Kabineti 2013-cü ilin Novruz, Ramazan və Qurban bayramları ilə əlaqədar qəbul etdiyi qərarına əsasən Azərbaycanda 2013-cü ilin prezident seçkiləri Qurban bayramına təsadüf edir. Qurban bayramının oktyabrın 15-16-sına düşdüyünü nəzərə alsaq, məcəlləyə nəzərdə tutulan dəyişiklik edildikdən sonra prezident seçkisinin hansı günə təyin ediləcəyini söyləmək çətindir. Maraq üçün deyək ki, 15-16 oktyabr tarixi həftənin ikinci və üçüncü günlərinə düşür. Prezident seçkiləri həm oktyabrın 15-dən əvvəlki bir neçə günə, həm də oktyabrın 16-dan sonrakı yaxın tarixə təsadüf edə bilər. Bu arada onu da qeyd edək ki, oktyabrın 18-i də Azərbaycanda iş günü olsa da, rəsmi bayram hesab olunur. Belə şəraitdə prezident seçkilərinin ən optimal tarix kimi 17 oktyabr təyin ediləcəyini gözləmək olar. Hər halda bunu MSK müəyyənləşdirəcək. Maraqlıdır, seçkilərin vaxtının dəyişməsi ölkədə ki, siyasi proseslərə hansısa formada təsir edə bilərmi? Müşahidəçilər hesab edir ki, seçkilərin vaxtının bir neçə gün öncəyə və ya sonraya salınmasının heç bir təsiri ola bilməz. Çünki seçkilərdə təbliğat və təşviqat üçün konkret zaman ayrılır və bu baxımdan zamanın dəyişməsinin heç bir mənası yoxdur. Ekspertlər hesab edir ki, seçkilərin zamanının bir neçə ay dəyişməsi proseslərə təsir edə bilər ki, belə bir halda gözlənilmir. Müşahidəçilər bildirir ki, seçkilərin vaxtının bir neçə ay dəyişməsi konstitusiya ilə yalnız o zaman olar ki, ya ölkədə fövqəladə vəziyyət elan olsun, ya da müharibə başlasın. Başqa vaxt isə heç bir əsasla bunu etmək mümkün deyil. Buna görə də hesab edilir ki, edilən son dəyişiklik siyasi qüvvələr tərəfindən də etirazla qarşılanmayacaq.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00