2003-cü ilin oktyabr ayının 15-də keçirilən seçkilərdə xalqımız cənab İlham Əliyevi dəstəkləyərək, onu yeni Prezident seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başladı.

Prezident İlham Əliyevin yüksək idarəçilik istedadı və xalqın milli maraqlarını əks etdirən daxili və xarici siyasəti, qısa müddət ərzində, ona xalq arasında inam və rəğbət qazandırdı. Uğurlu strateji kurs həm ölkəmizin milli maraqlarının qorunmasına, həm də regional təhlükəsizliyinin, sabitlik və inkişafın təmin olunmasında öz əksini tapdı.

Dövlətçiliyimizin tarixinə möhtəşəm 20 il kimi qeyd olunan dövrdə, Prezident İlham Əliyev milli iqtisadiyyata söykənərək, Azərbaycan Respublikasını dünya nizamında öz yerini tutan, söz sahibi olan, iqtisadi və hərbi gücü ilə bütün məsələlərini həll edə bilən qüclü dövlətə  çevirdi.

Dövlət başçısının rəhbərliyi altında 8 hava limanı tikilib istismara verilmişdir, 9-cu hava limanı inşa edilir. Hazırda Azərbaycanın "yaşıl enerji" ölkəsi statusunun möhkəmləndirilməsi istiqamətində iş aparılır.

Məhz Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində, Azərbaycan beynəlxalq əhəmiyyətli, enerji, nəqliyyat, kommunikasiya və logistika qovşağına və investorların maraq mərkəzinə çevrilmişdir. Cənab Prezident tərəfindən aparılan uğurlu siyasət, həyata keçirilən dövlət proqramları və iqtisadi layihələr Azərbaycan iqtisadiyyatının dinamik inkişafına təkan verməkdədir. Ötən dövrdə neft sektoru ilə yanaşı, qeyri-neft sektoru, yüksək texnologiya və innovasiya sahəsi, kənd təsərrufatı, elm, təhsil, səhiyyə, mədəniyyət, idman, sosial sahələrin inkişafı da dövlət başçısının daim diqqət mərkəzindədir. Bu sahələrdə olan yüksəliş və dinamika, xalqın həyat təminatının yaxşılaşdırılmasında və dünyada baş verən innovativ dəyişikliklərə uyğun inkişaf edib, yaşamaq imkanlarının yaradılmasını təmin edir.

Prezident İlham Əliyev 2003-cü ildə qarşısına qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olması üçün beynəlxalq miqyasda, ardıcıl və məqsədyönlü  siyasət həyata keçirərək, Azərbaycan Respublikasının güclü dövlətlər sırasına daxil olmasını təmin etmişdir.

Prezident İlham Əliyevin adı Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Qalib Lider olaraq, qızıl hərflərlə tarixə yazıldı. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı, 44 günlük Vətən Müharibəsi ərzində işğal olunmuş ərazilərimizi düşməndən azad edib, tarixi ədalətin bərqərar olunmasına nail oldu. Bu Böyük Zəfər Ali Baş Komandan Prezident İlham Əliyevin və Azərbaycan xalqının şərəfi və qürurudur.

Nəzrin Axundzadə,

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)

Beynəlxalq İqtisadiyyat Məktəbinin müəllimi.