Çin moda nəhəngi SHEIN-in crop bluzlar və mini ətəklərdən ibarət uşaq geyim kolleksiyası reaksiyalara səbəb olub.

"Unikal" xəbər verir ki, 3-6 yaşlı qızlar üçün nəzərdə tutulan geyimlər "qadınlara məxsus geyim" olduğu üçün tənqid edilib. 

Brendin reklamlarında qızın geyindiyi məxmər libas və balaca modellərin "qadın" pozalarına da reaksiyalar olub.

Çoxları geyimlərin uşaqlar üçün uyğun olmadığını şərh edib. Bəziləri də insanların uşaqlarına belə paltarlar almasına inanmadıqlarını dilə gətirib.

Gülayə Mecid