Niderland hökuməti platformanın məlumat təhlükəsizliyini necə idarə etməsi ilə bağlı ciddi narahatlıqlara görə "Facebook"dan tamamilə imtina etməyi düşünür.

"Unikal" xəbər verir ki, bu barədə "De Telegraaf" qəzeti xəbər yayıb. 

Nəşrin məlumatına görə, bu mövzuda "Meta" şirkəti ilə danışıqlar istənilən nəticəni verməyib. Buna görə də səlahiyyətlilər bütün hökumətə təsir edəcək "Facebook" qadağası üçün hazırlıqlara başlayıblar.

Niderland Daxili İşlər və Kral İşlər Nazirliyinin dövlət katibi Aleksandra van Huffelen məlumatı təsdiqləyib. O bildirib ki, hökumət illərdir "Facebook"un həssas məlumatları necə idarə etməsindən narahatdır.