Kurqandan olan naşir "Harry Potter" kitabını 43 min nüsxədən çox çap etdirdiyinə görə məhkəməlik olub.

"Unikal" TASS-a istinadən xəbər verir ki, o, yazıçı J.K. Rovlinqin müəlliflik hüququnu pozduğuna görə cəzalandırılıb.

Belə ki, məhkəmə Kurqan sakininə 2 il şərti həbs cəzası, 22 milyon rubl isə təzminat təyin edib.