Macarıstanda müxalifət partiyalarının tələbi ilə Milli Assambleyada keçirilən “ İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsvermə üzrə xüsusi sessiya” hakim Fides (Macarıstan Vətəndaşlar Birliyi) və Xristian Demokrat Partiyasının etirazı səbəbindən keçirilə bilməyib.

"Unikal" xəbər verir ki, müxalifətdəki Demokratik Koalisiya və Macarıstan Sosialist Partiyasının tələbi ilə Milli Assambleyanın sədri Laslo Köver İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsvermə üçün xüsusi sessiyanın keçirilməsini təsdiqləyib.

Hazırda qış tətilində olan parlamentdə keçirilən növbədənkənar iclas hakim partiyaların üzvləri etiraz məqsədilə iştirak etmədiyindən və qərar qəbul etmək üçün kifayət qədər səs çoxluğu olmadığından keçirilə bilməyib.

Müxalifət üzvləri iclasa qatılmayan iqtidar millət vəkillərinə reaksiya verərkən, Fidesz Partiyası Parlament Qrupunun sədri Mate Kocsis sosial media hesabından verdiyi açıqlamada sözügedən səsvermənin parlamentin normal iş dövründə keçirilə biləcəyini qeyd edib. 

"Əgər NATO-ya üzv olmaq İsveç üçün vacibdirsə, Türkiyəyə getdikləri kimi bura da gəlməlidirlər", - Koçsis bildirib. 

Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijjarto məsələ ilə bağlı açıqlamasında Estoniyanın xarici işlər naziri Margus Tsahkna ilə telefon danışığı apardığını və mövcud vəziyyətlə bağlı məlumat verdiyini bildirib.

Szijjarto, "İsveç baş nazirini (Ulf Kristersson) Macarıstana dəvət etdiyimizi nazirə bildirdim. Ümid edirəm ki, dəvətimizi qəbul edib gələcək. Beləliklə, bu məsələnin əslində İsveç üçün əhəmiyyətli bir məsələ olduğunu sübut edəcək" deyib.

 

İsveç xarici işlər naziri Tobias Billström də Orbanın danışıqlara dəvətinə reaksiya verərək, danışıqlar üçün heç bir vəziyyətin olmadığını bildirib.səbəbindən baş tutmayıb.