Moskvada naməlum şəxslər küçəyə siçovullarla dolu çamadan tərk ediblər. 

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, Parkovaya küçəsindəki skamyaların birində gəmiricilərin olduğu əşya tapılıb.

Yerli sakinlər ona toxunmamaq qərarına gəlib və polisə müraciət ediblər. Tezliklə hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları çamadanın içərisində çoxlu sayda gəmirici aşkar ediblər.

Məlum olub ki, çamadanın içərisində 25 siçovul var. Siçovullardan 12-nin dişi olduğu və bala artırma dönəmində olduğu məlum olub.

Gəmiriciləri kimin və hansı səbəbdən soyuqda skamyada qoyduğu hələlik məlum deyil.