Yəməndə Muin Əbdülməlikin yerinə xarici işlər naziri Əhməd Avad bin Mübarəkin baş nazir təyin edildiyi açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Yəmənin rəsmi xəbər agentliyi SABA məlumat yayıb. 

Bildirilir ki, Yəmən Prezident Şurasının qəbul etdiyi qərarla Əhməd Avad bin Mübarək baş nazir təyin edilib. 

Şuranın qəbul etdiyi qərar çərçivəsində “hökumət üzvləri təyinat qərarlarına uyğun olaraq vəzifələrini icra etməyə davam edəcəklər” qeyd olunub.