Türkiyə Milli Müdafiə Nazirliyi Kahramanmaraş zəlzələlərində həyatını itirənləri yad edib. 

"Unikal" xəbər verir ki, Ankara Baş Qərargahının binası qarşısında göstərilən görüntülərdə Şırnakdan Azərbaycana, Kosovodan Liviyaya qədər türk əsgərlərinin salam verdikləri görülüb.

Əsgərlərin zəlzələdə həyatını itirənləri andığı videoda 81 əyalətdən görüntülər yer alıb:

"Bir il əvvəl bu gün saat 04.17-də baş vermiş zəlzələdə itirdiyimiz vətəndaşlarımızın xatirəsini zəlzələnin baş verdiyi dəqiqələrdə bir dəqiqəlik sükutla yad etdik. İtirdiyimiz hər bir ruha Allahdan rəhmət diləyir, ehtiramla yad edirik". 

Gülayə Mecid