Bu ilin yanvar ayında 14 jurnalist İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələrin qurbanı olub.

"Unikal" xəbər verir ki, bu barədə  Fələstin Jurnalistlər Birliyinin hesabat yayıb. 

Bildirilir ki, yanvar ayında İsrail qüvvələri tərəfindən Fələstində jurnalistlərə qarşı ümumilikdə 135 hadisə qeydə alınıb. Eyni zamanda, 8 media işçisi yaşayış binalarının birbaşa atəşə tutulması nəticəsində, daha 4 nəfər isə redaksiya tapşırıqlarını yerinə yetirərkən həlak olub.