ABŞ dövlət katibi Entoni Blinken Misirə səfər edib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində ABŞ-ın top diplomatı Qahirədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşərək Qəzzada fələstinlilərə humanitar yardımın çatdırılmasının asanlaşdırılması və bütün girovların azad edilməsinin təmin edilməsi səylərini müzakirə edəcək.