İstanbulda Çağlayan Ədliyyəsində polis nəzarət məntəqəsinə edilən hücumda biri qadın, digəri kişi olan iki təcavüzkar zərərsizləşdirilib. Hücum zamanı 3-ü polis olmaqla 6 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, hadisə ilə bağlı açıqlama verən daxili işlər naziri Ali Yerlikaya hücum edənlərin DHKP/C terror təşkilatının üzvləri olduğunu açıqlayıb.

Nazir Yerlikaya paylaşımında, "Bu gün Çağlayan Ədliyyəsinin C qapısı qarşısındakı nəzarət məntəqəsinə terror cəhdi olub. Zərərsizləşdirilən E.Y və P.B adlı xainlərin DHKP üzvü olduğu müəyyən edilib. Hücuma cəhd edən terrorçular zərərsizləşdirilərkən, 3-ü polisimiz olmaqla 6 nəfər yaralanıb. Yaralılarımıza tezliklə şəfa diləyirəm", - yazıb. 

Gülayə Mecid