Fələstin radikal HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin bacısı bu yaxınlarda İsrail xəstəxanalarından birində xilas edilib.

"Unikal" xəbər verir ki,  bu barədə İsrailin “The Jerusalem Post” qəzeti məlumat yayıb. 

Nəşrin məlumatına görə, Haniyyənin bacılarından biri ölkənin cənubundakı Beerşeba şəhərindəki Soroka xəstəxanasında vaxtından əvvəl körpə dünyaya gətirib və həyati xilasedici tibbi müdaxilə edilib.

KİV bildirir ki, Haniyənin bəzi bacıları İsrail vətəndaşlığına malikdir və ölkənin cənubundakı böyük bədəvi qəsəbəsi Tel Şevada yaşayırlar.