ABŞ prezidenti Co Bayden fransaprezidenti Emmanuel Makronu 28 il əvvəl dünyasını dəyişən keçmiş prezident Fransua Mitteranla səhv salıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Las-Veqasdakı seçki kampaniyası nitqində Bayden G7 toplantısında iştirakına toxunub. Hazırkı Fransa prezidenti ilə xatirəsindən danışan Bayden 1996-cı ildə dünyasını dəyişən Mitteranla Makronu qarışdırıb. 

"Almaniyadan, bağışlayın Fransadan Mitteran mənə baxıb dedi: “Nə vaxtdır buradasan?"", - deyə Bayden ifadə edib. 

Onun bu çıxışından sonra Ağ Ev "Prezident Makron" deyə yazılı açıqlama yayıb.  

Gülayə Mecid