Keniyada yüzlərlə insanın ölümünə səbəb olan “aclıq təriqəti”nin lideri Paul Makkenzi və 29 nəfər saxlanılıb.

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, Makkenzi, həmçinin 191 uşağın ölümünə görə, qətldə də ittiham olunub.

Buna baxmayaraq, Makkenzi ittihamları rədd edib. Lakin polislərin araşdırması nəticəsində meşə yerləşən kilsəyə baxış keçirilib. 238  yetişkin olmaqla ümumillikdə kilsədə 429 nəfərin cəsədi aşkarlanıb.

Zərifə Nağıyeva