Pakistanın Bəlucistan əyalətində ikinci partlayış baş verib.
"Unikal" xəbər verir ki, hadisə Qillah Saif Ullah rayonunda qeydə alınıb. Hadisə nəticəsində 16 nəfər həlak olub, 40-dan çox şəxs isə yaralanıb.
***13:20
Pakistanın Bəlucistan əyalətində sabah keçiriləcək seçkilərdə müstəqil parlament namizədi Əsfəndiyar Xan Kakarın ofisinin qarşısında bombalı hücum təşkil edilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, deputatın ofisinə edilən bombalı hücumda 12 nəfər ölüb, 30-dan çox adam yaralanıb.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Pakistanda sabah ümumi və əyalət seçkiləri keçiriləcək.
Gülayə Mecid