Filippində təxminən 2 həftədir təsirli olan güclü yağış torpaq sürüşməsinə səbəb olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  təbii fəlakət nəticəsində 45 nəfər yaralanıb, çox sayda insan itkin düşüb.  

Filippin ordusunun həyata keçirdiyi axtarış-xilasetmə işlərinə hökumət qrupları və özəl xilasetmə qruplarının da dəstək verdiyi açıqlanıb. İtkin düşən 41 nəfərin axtarışları davam edir.