Moskva vilayətində TİAL zavodunun sahibi və onun iki dostu güllələnib.

"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, onların meyitləri zavod sahibinin evinin zirzəmisində, torbalarla örtülmüş vəziyyətdə tapılıb. 

"64 yaşlı Svetlana Filanoviçin (TİAL zavodunun sahibi), 67 yaşlı Natalya K. və onun həmyaşıdı İrina X.-nin meyitləri zirzəmidə tapılıb. Onlar güllələnərək öldürülüb", -  KİV yazıb. 

Polisin açıqlamasına görə,  qətli törədən şəxs və ya şəxslər qadının evindən qızıl-zinət əşyalarını və avtomobilini oğurlayıblar. 

Gülayə Mecid