Azərbaycana keçən Çexiya vətəndaşı ilə bağlı Ermənistanın müvafiq strukturları susur.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan bildirib. 

Onun sözlərinə görə, Ermənistan ərazisindən Azərbaycanın nəzarətində olan hissəyə keçən Çexiya vətəndaşının hələ Ermənistana necə daxil olduğu yoxlamalı və aydınlaşdırılmalıdır: "Əgər belə keçid olubsa, həmin şəxs sərhəd xəttinin hansı hissəsindən xəbərsiz keçib və bu, qeydə alınmayıb?"

Əlavə edək ki, fevralın 3-də Ermənistan tərəfindən sərhədi qanunsuz keçməyə cəhd edən Çexiya vətəndaşı saxlanılıb.

O, şərti sərhəddə minalanmış sahədən sağ-salamat keçə bilib. Hətta o zaman şübhələr yaranıb ki, saxlanılan şəxs Qərbin xüsusi xidmət orqanlarından birinin nümayəndəsi ola bilər və casusluq məqsədilə Azərbaycan ərazisinə daxil olmağa çalışır. Üstəlik, artıq Ermənistan tərəfində şərti sərhəddə Aİ-nin kəşfiyyat və müşahidə missiyası fəaliyyət göstərir.

Ağarza Elçinoğlu