Gürcüstan Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
"Unikal" xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Seçkilərdə inamlı qələbəniz və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram. Sizə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayır, ölkənizin və dost Azərbaycan xalqının rifahı, əmin-amanlığı və sabitliyi üçün yeni nailiyyətlər diləyirəm.
Əminəm ki, xalqın etimadı Azərbaycan Respublikasına daha yeni uğurlar gətirəcək və Sizin liderlik əzminiz gələcək məqsədlərə çatmaqda mühüm rol oynayacaq.
Əminəm ki, bu fürsətdən istifadə edib ölkələrimizi uzun müddətdir bir-birinə bağlayan qarşılıqlı etimada və hörmətə əsaslanaraq dövlətlərimiz arasındakı möhkəm dostluğu və strateji tərəfdaşlığı daha da gücləndirəcəyik. Həmçinin regionumuzun və xalqlarımızın əmin-amanlığı və rifahı naminə səylərimizi artıraraq Sizinlə sıx əməkdaşlıq etməyə ümidvar olduğumu bir daha bildirirəm.
Zati-aliləri, Sizə ali dövləti fəaliyyətinizdə bir daha səmimi-qəlbdən yeni uğurlar diləyirəm”.
***
İtaliya Prezidenti Sercio Mattarella Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
"Unikal" xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi və ali mandatınızın icrasında xoş arzularımı çatdırmaq istəyirəm.
Roma və Bakı dərin dostluq və qarşılıqlı əməkdaşlıq sahələrinin getdikcə daha da genişləndirilməsinə yönəlmiş, ümumi öhdəliklə möhkəmləndirilmiş həqiqətən də strateji və çoxşaxəli tərəfdaşlığa malikdir.
İnanıram ki, kəskin şəkildə şiddətli münaqişələr və narahatedici gərginliklə səciyyələnən bir mərhələdə prinsipial əhəmiyyətə malik kəsişmə nöqtəsi olan bütün Qafqaz regionu üçün sülh, sabitlik və firavanlıq perspektivlərinin təşviqi üzrə birgə işi davam etdirə biləcəyik.
Azərbaycan ilə Avropa İttifaqı arasında konstruktiv etimadın və əməkdaşlıq əlaqələrinin inkişafı bu yolun tərkib hissəsidir və İtaliya bunun üçün hərtərəfli dəstəyini əsirgəməyəcək.
Bu məramla, mən Zati-alinizə rifah, dost Azərbaycan xalqına firavan gələcək üçün ən xoş arzularımı yenidən çatdırıram".