ABŞ Azərbaycan və Ermənistan arasında dialoqun davam etdirilməsini dəstəkləyir.
"Unikal"ın məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.
"Biz bu məsələ ilə bağlı davamlı dialoqun tərəfdarıyıq. Biz inanırıq ki, bu, dayanıqlı nizamlanmaya nail olmağın ən yaxşı yoludur və bundan sonra da bunun üçün səy göstərəcəyik ", - deyə o vurğulayıb.