Xəbər verdiyimiz kimi, fevralın 13-də Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib.

"Unikal" xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi "qisas əməliyyatı"ndan sonra ölmüş 4 hərbçisinin adlarını açıqlayıb. 

Qeyd olunub ki, Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində təxribata əl atması nəticəsində məhv edilən erməni zabitlərdən biri də Hraçya Taliş oğlu Hovhannisyan olub. O, 1957-ci il təvəllüdlü olub.

67 yaşlı şəxsin hələ də hərbçi kimi xidmət etməsi ermənilər arasında birmənalı qarşılanmayıb. Belə ki, hərbi kadr çatışmazlığından əziyyət çəkən məğlub Ermənistan yaşlı şəxsləri hələ də orduya cəlb edir. 

Ağarza Elçinoğlu