İran da Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması prosesinin sürətləndirilməsini vacib sayır.
"Unikal" xəbər verir ki, İran Azərbaycan və Ermənistanı tərəflər arasında yaranan fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çağırır.
Bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani bildirib.
Onun sözlərinə görə, Tehran “ixtilafların sülh yolu ilə həllinə” çağırır və hesab edir ki, “regionda davamlı sülhə yalnız dialoq və diplomatiya yolu ilə nail olmaq olar”.
İran həmçinin “iki dövlət arasında sülh sazişinin bağlanmasının sürətləndirilməsini zəruri” hesab edir.